AEF · Əsas Qrant Müsabiqəsi-2024

Bədxassəli şişlərin diaqnostikasında yeni üfüqlər

αvβ6-inteqrini hədəf alan 68Ga-Trivehexin PET/CT müayinəsi: radiofarmasevtik hazırlanmadan klinik tətbiqə qədər.

Layihə ilə tanış olun

Layihə Haqqında

Azərbaycan Elm Fondunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi-2024” (AEF-MGC-2024-2(50)) qalib layihəsi:

Bədxassəli şişlərin inkişafında və yayılmasında adheziya molekullarının rolu: İnteqrinlərin pozitron emissiya tomoqrafiya metodu ilə öyrənilməsi və klinik tətbiqi

Layihə rəhbəri: Mehdi Elnur


İnteqrinlər hüceyrəni hüceyrəarası matrikslə birləşdirən adheziya molekullarıdır. Onların arasında αvβ6-inteqrin sağlam epitel toxumasında çox az, bir çox karsinomalarda isə yüksək səviyyədə ekspressiya olunur. Bu da onu molekulyar görüntüləmə üçün cəlbedici hədəfə çevirir.


PET/KT müayinəsi

Ənənəvi üsul: 18F-FDG PET/CT müayinəsi

Pozitron emissiya tomoqrafiyası–kompüter tomoqrafiyası (PET/CT) onkoloji xəstəliklərin aşkarlanmasında, mərhələləndirilməsində və müalicəyə cavabın qiymətləndirilməsində aparıcı tibbi görüntüləmə metodlarından biridir.

Hüceyrələrin qlükoza mübadiləsinə əsaslanan 18F-fluorodeoksiqlükoza (FDG) PET/CT yüksək həssaslığa malikdir, lakin FDG yalnız şiş hüceyrələrində deyil, aktivləşmiş iltihab hüceyrələrində də toplanır. Buna görə iltihabi və ya post-terapevtik dəyişikliklər fonunda yaranan FDG-həris ocaqlar çox vaxt qeyri-müəyyən qalır və əlavə invaziv müayinələr tələb edir.

Qlükoza metabolizmiYüksək həssaslıqİltihabda yalançı müsbət
Ga αv β6 şiş hüceyrəsinin membranı ⁶⁸Ga-Trivehexin

Yeni yanaşma: 68Ga-Trivehexin PET/CT müayinəsi

Layihə çərçivəsində αvβ6-inteqrini hədəf alan 68Ga-Trivehexin radiofarmasevtik dərman vasitəsinin hazırlanması, keyfiyyətə nəzarəti və klinik tətbiqi sistemli şəkildə həyata keçirilmişdir.

Radiofarmasevtik preparat avtomatlaşdırılmış sintez modullarında hazırlanmış, radiokimyəvi təmizliyi HPLC və ITLC üsulları ilə qiymətləndirilmiş, klinik tətbiq üçün tələb olunan keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılmışdır.

Hüceyrə metabolizması prinsipindən fərqli olaraq şiş hüceyrələrinin səthindəki adheziya molekuluna bağlanan bu preparat ocaqların bədxassəli və ya iltihabi mənşəyini ayırd etməyə əlavə imkan yaradır.

Avtomatlaşdırılmış sintezHPLCITLCαvβ6-inteqrin

Prospektiv klinik tədqiqat

18F-FDG PET/CT-də iltihabi və ya post-terapevtik dəyişikliklərlə əlaqədar qeyri-müəyyən ocaqları olan onkoloji xəstələrdə əlavə olaraq 68Ga-Trivehexin PET/CT aparılmışdır.

22
onkoloji xəstə tədqiqata daxil edilmişdir
2
müayinə hər xəstədə: 18F-FDG və 68Ga-Trivehexin PET/CT
SUV
SUVmax, SUVmean və törəmə-fon nisbəti ilə kəmiyyət təhlili
HP
nəticələr histopatologiya və klinik-radioloji izləmə ilə müqayisə edilmişdir

Əsas nəticələr

Əlavə diaqnostik dəyər

68Ga-Trivehexin PET/CT FDG-həris, lakin iltihabi mənşə ehtimalı olan ocaqların xarakterizə edilməsində əlavə diaqnostik dəyər göstərmişdir.

Lazımsız müdaxilələrin qarşısı

Trivehexin toplanmasının zəif olması və ya olmaması bir çox hallarda xoşxassəli və ya iltihabi proseslərlə uyğun gəlmiş, bu da lazımsız invaziv müdaxilələrin qarşısını almağa imkan vermişdir.

Klinik qərarların dəqiqləşdirilməsi

FDG və Trivehexin toplanmasının üst-üstə düşdüyü hallarda bədxassəli prosesin təsdiqlənməsi klinik qərarların dəqiqləşdirilməsinə kömək etmişdir.

Layihədə əsas addımlar

1

68Ga-Trivehexin sintezi

Avtomatlaşdırılmış sintez modullarında radiofarmasevtik preparatın hazırlanması.

2

Keyfiyyətə nəzarət

HPLC və ITLC ilə radiokimyəvi təmizliyin qiymətləndirilməsi, klinik keyfiyyət göstəricilərinin təmin edilməsi.

3

Klinik müqayisə və dəyərləndirmə

22 xəstədə FDG və Trivehexin PET/CT-nin vizual və kəmiyyət təhlili, histopatoloji təsdiq.

4

Teranostikaya doğru

αvβ6-inteqrin hədəfli 177Lu-Trivehexin üçün ilkin texniki və metodoloji çərçivənin formalaşdırılması.

Azərbaycan Elm Fondunun “Əsas Qrant Müsabiqəsi-2024” (AEF-MGC-2024-2(50)) qalib layihəsi.
Layihə rəhbəri: Mehdi Elnur